11 Sentyabr, 2014
Suriyadan ABŞ-a sərt CAVAB

Suriya Milli Barışıq Naziri Əli Heydər, Şam hakimiyyətinin  icazəsi olmadan Suriya torpaqlarına ediləcək hər hansı bir ABŞ müdaxiləsini “hücum” olaraq dəyərləndirəcəklərini deyib.

Xəbər verdiyimiz kimi dünən ABŞ prezidenti Obama İŞİD-ə qarşı əməliyyatlarını genişləndirərək Suriya torpaqlarındakı militanları da bu əməliyyata daxil etmə planları ilə bağlı açıqlama vermişdi. Obama, “İraqda olduğu kimi, Suriyada da İŞİD-ə qarşı hərəkətə keçmə məsələsində tərəddüd etməyəcəm”, demişdi.

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!