11 Sentyabr, 2014
Deputatın qızının dekan olduğu fakültə bağlandı

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva Azərbaycan Dövlət İqtisad Universitetində 2011-ci ildə yaradılan və dekanı olduğu Xüsusi İstedadlar Fakültəsinin fəaliyyətinə xitam verilib. Bu barədə Simsar.az-a Universitetdəki müəllimlərdən biri xəbər verib. Məlumatda bildirilir ki, Çeşmi Hacıyeva özü isə Azərbaycan Dövlət İqtisad Universitetində tutduğu vəzifəsindən gedib.

Xüsusi İstedadlar Fakültəsinin yerinə isə Təhsil Nazirliyinin göstərişi ilə Sabah qrupları yaradılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Şəmsəddin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!