11 Sentyabr, 2014
“Mançester Yunayted”dən rekord gəlir

İngiltərənin “Mançester Yunayted” futbol klubu 2014-cü ilin yekunlarına görə rekord məbləğdə - 433,2 milyon funt sterlinq gəlir əldə edib.

Simsar.az xarici KİV-lərə istinadən xəbər verir ki, klubun gəliri ötən illə müqayisədə 19 faiz artıb. Bu uğur, çox cəhətdən, idman ləvazimatları istehsalçıların biri ilə 10 il müddətinə bağlanılan 750 milyon funt sterlinqlik yeni müqavilə sayəsində mümkün olub.

Klubun icraçı direktoru Ed Vudvord deyib: “Biz 2014-cü ildə əldə edilmiş nəticələrlə fəxr edirik, çünki biz yenidən rekord gəlir əldə edə bildik. Lui Van Qal baş məşqçi vəzifəsinə təyin olunduqdan və bu yaxınlarda dünyanın aparıcı futbolçularından bir neçəsi ilə müqavilə bağlandıqdan sonra gələcəyə sevinclə baxırıq və ümid edirik ki, bu uğurlar klubumuzun tarixində yeni səhifənin başlanğıcı olacaqdır”.

Bu mövsümdə “Mançester Yunayted” klubu Avropa Kuboku oyunlarında iştirak etmədiyi üçün növbəti maliyyə ilinin yekunlarına əsasən klubun gəlirinin 385-395 milyon funt sterlinqə qədər azalacağı gözlənilir.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!