11 Sentyabr, 2014
“Rüşvət verib işi bağladılar” – GÜNAYIN ATASI

Xəbər verdiyimiz kimi, Bakı Metropoliteninin bələdçisi Günay Məmmədovanın ölümü ilə bağlı başlanmış cinayət işinin icraatına xitam verilib. Bununla bağlı Suraxanı Rayon Prokurorluğunda qərar qəbul olunub.

Günayın atası Hüseyn Məmmədov isə Simsar.az-a verdiyi açıqlamada, bu qərarın ədalətsiz olduğunu bildirib: “Bizə xəbər vermədən, gizlicə işə xitam verdilər. Apellyasiya Məhkəməsinə də verə bilmirik”.

İstintaqın əvvəldən düzgün aparılmadığını bildirən H. Məmmədov qarşı tərəfin rüşvət və arxalandığı insanlar vasitəsilə işə xitam verdirdiyini deyib.

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!