11 Sentyabr, 2014
Sneyder sosial mediada gündəm yaratdı – FOTO

“Qalatasaray”ın hollandiyalı ulduzunun hərəkəti ölkəsində müzakirə obyektinə çevrilib

Simsar.az xəbər verir ki, Çexiya ilə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində baş tutan oyundan əvvəl himn oxuma mərasimində futbolçu komanda yoldaşlarından ayrı dayanıb. Ulduz futbolçunun bu hərəkətinin səbəbi dəqiq bilinməsə də, 1,7 m boya sahib Sneyderin qarşısındakı uşağın boyunun uzun olmasına görə kənarda durduğu güman edilir.

Xatırladaq ki, “Avro-2016”nın seçmə mərhələ görüşündə Hollandiya millisi Çexiyaya məğlub olmuşdu (1:2).

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!