7 Aprel, 2011
Mikroposessor bazarındakı rəqibini 6,5 milyard dollara alır

“Texas Instruments” problemini pulla həll edir

“Texas Instruments” şirkəti mikroprosessor bazarındakı rəqibi “National Semiconductor” şirkətini 6,5 milyard dollara almaq niyyəti olduğunu bəyan edib. Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər artıq müvafiq sazişi imzalayıblar. 

Hər iki şirkətin direktorlar şurası tərəfindən bəyənilmiş saziş nəticəsində “Texas Instruments” müasir elektronika və texnikada tətbiq edilən analoq keçiriciləri bazarında lider mövqelərini möhkəmləndirəcək.

Ümumilikdə, “Texas Instruments” 30 mindən artıq adlıqda analoq komponentlər, o cümlədən siqnal gücləndiricisi və dəyişdiricisi istehsal edir. “National Semiconductor”un istehsal bazası isə 12 min müxtəlif komponentdən ibarətdir.

Sazişin yekunları üzrə “Texas Instruments”-in ümumi mədaxilinin təxminən yarısı analoq komponentlərin payına düşəcək. Bundan başqa, şirkət mobil telefonlar üçün çiplər, eləcə də adi yarımkeçiricilər də buraxır.

“Texas Instruments”-in qərargahı ABŞ-ın Hyuston şəhərində yerləşir. 2010-cu ildə şirkətdə 29 minə yaxın işçi çalışıb. Həmin ildə “Texas Instruments” təqribən 14 milyard dollar məbləğində mədaxil və 3,2 milyard dollar məbləğində təmiz mənfəət əldə edə bilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!