11 Sentyabr, 2014
Avstriya çempionatında “Qarabağ” adlı klub

Futbol üzrə Avstriya çempionatında "Qarabağ" adlı komanda çıxış etməyə başlayıb. Simsar.az xəbər verir ki, bu ölkənin "WS Ottakrinq" klubu adını dəyişib. Buna səsəb isə, “Vyana Oberliqası”nda çıxış edən komandaya Azərbaycandan sponsor tapılmasıdır.

Klubun məşqçiləri Peter Rayzenberger və Liya Sormazdır. Komandanının heyəti əsasən türk əsilli futbolçulardan təşkil olunub. Klub cari mövsümdə iki görüş keçirib. İlk turda “Vinerfeld” klubu ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” ikinci oyununda “Rikibau Alt-Ottarkrinq”i 3:1 hesabı ilə üstələyib. Aktivində 4 xalı olan Vyana təmsilçisi 2-5-ci pillələri bölüşür.

Maraq üçün qeyd edək ki, Vyana Oberliqasında "Beşiktaş" adında da komanda var. Bu da sözügedən ölkədə türklərin çox olmasından irəli gəlir.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!