10 Sentyabr, 2014
İki şirkətin forma davası

Vahid məktəbli geyimi sahəsində inhisarçılıq probleminin olduğunu dəfələrlə demişik. Əsasən paytaxt məktəblərini geyimlə təmin edən “Bakı Tikiş Evi”ndən başqa bu sahədə fəaliyyət göstərən “Bakı Tekstil” fabriki də var. Aralarında böyük qalmaqal olan bu şirkətlərin gizli bir razılığı da var ki, hər şeyi ört basdır edir.

ANS TV-nin məlumatına görə, Azərbaycanda bu gün məktəbli paltarı bazarı xüsusilə iki fabrikin əlində cəmləşib. Onlardan biri olan “Bakı Tikiş Evi” haqda artıq dünən danışmışıq. Digəri “Bakı Tekstil” fabrikidir ki, bu müəssisə rəqibinə çox böyük fərqlə uduzur.

Məsələn, ötən il “Bakı Tikişi Evi” 60 min məktəbli paltarı satdığı halda, “Bakı Tekstil” fabriki vur-tut 7 min paltar satıb. Fabrikin anbarlarında malların çoxu yığılıb qalıb və müəssisə bir neçə milyon manat ziyana düşüb. Bunun səbəbini fabrikin istehsal etdiyi malların nə keyfiyyətində, nə də qiymətində axtarmaq lazımdır. Qiyməti 24-47 manat arasında dəyişən bu formalar mükəmməl olmasa da, pis də deyil və etiraf edək ki, bu gün yerli istehsaldan bundan daha yaxşısını gözləməyə dəyməz.

“Bakı Tekstil” fabrikinin rəqibinə uduzmasının səbəbini müəssisənin rəhbəri Səkinə Babayeva “Bakı Tİkiş Evi”nin bu sahəni öz monopoliyasına almaq cəhdlərində axtarır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!