10 Sentyabr, 2014
Yanacaqdaşıyan maşın minik avtomobili ilə toqquşdu

Ələt-Astara magistral yolun Lənkəran şəhərindən keçən hissəsində yük maşını minik avtomobili ilə toqquşub.

Simsar.az-ın məlumatına görə, avtoqəza magistral yolunun 303-cü kilometrliyində baş verib.

Belə ki, Lənkəran rayonun Liman şəhər sakini Elçin Mustafayevin idarə etdiyi yanacaqdaşıyan “Zil” markalı maşın idarəetməni itirərək yolun solunda dayanan Şağlakücə kənd sakini Şahin Məmmədovun idarə etdiyi “VAZ 21010” markalı maşınla toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, minik maşınına ciddi ziyan dəyib. Qəza anı maşında yanacağın olmaması hadisənin fəsadsız ötüşməyinə yardımçı olub.

BDYP qəzanın baş vermə səbəblərini araşdırır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!