10 Sentyabr, 2014
“İPhone”larda saatlar niyə 09:41-i göstərir?

“İPhone” yeni modeli “İPhone 6” nı da təqdim edib. Vətənində təxminən 300 dollardan başlayan qiymətlərə alıcısına qovuşan bu smartfonlarda bir məqam dəyişilməz olaraq qalır. Həmin məqam “İPhone” reklamlarının hamısında saatın 09:41-i göstərməsidir. Bu heç də təsadüfi deyil.

Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, “Apple” ın idarə heyətinin üzvü olan Bob Borçer həmin sirri üzə çıxarıb. O bildirib ki, “Bilmirəm bu məqama diqqət etmisiniz, ya yox- “İPhone” ların ekranında saatlar 09:41-i göstərir. Bunun səbəbi ilk “İPhone”nun həmin saatda təqdim edilməsidir. Ona görə də bugündən sonra həmin vaxtı görsəniz təəccüblənməyin”.

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!