10 Sentyabr, 2014
Həmas İsrailə qarşı səfərbərlik elan etdi

İsraildəki bir həbsxanada Raid əl-Cabərinin və İsrail əsgərləri tərəfindən ürəyindən vurulan İsa əl-Qutrinin ölümündən sonra Qərbi Şəriyədə İsrailə qarşı ümumi səfərbərlik çağırışı edilib.

Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Həmas tərəfindən verilən açıqlamada “Fərqli üsullarla İsrailə qarşı milli səfərbərlik elan edilməlidir” fikirləri yer alıb. “Cənazə karvanı böyük inqilaba çevrilməlidir. Beynəlxalq sui qəsdlər və Ərəb ölkələrinin qorxaqlığı ucbatından İsrail idarəolunmaz bir hala çevrilib. “Əl-Əsfül-məkul” müharibəsində xalq müqavimətinin verdiyi ən böyük dərsdən sonra İsrail öz ordusu və yəhudi köçkün sürüsünə adam öldürmə, nəzarətdə saxlama və işgəncə vermək üçün sərbəstlık verdi”.

Açıqlamada həmçinin İsrail həbsxanalarındakı fələstinlilərin güclərini birləşdirməli olduqları bildirilib.

Xatırladaq ki, İsrail 7 iyulda Qəzza zolağına təşkil etdiyi hücumlara Qoruyucu Xətt Əməliyyatı Həmas isə “Əl-Əsfül-məkul” adını vermişdi

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!