10 Sentyabr, 2014
Eldəniz Quliyevin ölkədən çıxmasına qadağa qoyuldu

Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevin ölkədən çıxmasına qadağa qoyulub.

E. Quliyevin APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində ölkəni tərk etməmək tədbiri seçilib.

Qeyd edək ki, Eldəniz Quliyev bir neçə gün əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə Azərbaycan polisi ilə bağlı sərt ifadələr yer alıb.

Bundan sonra daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib. Hazırda həmin şikayət əsasında məhkəmə prosesi davam etdirilir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!