10 Sentyabr, 2014
Zakir Həsənov israilli həmkarı ilə görüşdü

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Moşe Yaalonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz da iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!