10 Sentyabr, 2014
Bakı elm festivalına hazırlıq davam edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Bakı Elm Festivalının təşkilatçıları ilə görüşüb. Simsar.az-ın məlumatına görə,  AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik festivalın əhəmiyyətindən,xarici ölkələrin bu sahədəki təcrübəsindən danışıb.

AMEA rəhbəri festivala hazırlıq çərçivəsində elmi-populyar nəşrlərin sayının artırılması, həmçinin festivalda Akademiyanın bütün bölmələrinin yüksək səviyyədə iştirakının təmin olunmasını vacib hesab edib. Sonra Bakı Elm Festivalının direktoru və işçi qrupunun rəhbəri Nuridə Quliyeva tədbirlər planının icra bölgüsü və görülən işlər haqqında geniş məlumat verib.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!