10 Sentyabr, 2014
Sevda Yahyayeva: "5 versələr, çox sevinərəm" - ÖZƏL

Simsar.az xəbər verir ki, tanınmış estrada ulduzu Sevda Yahyayeva çox yaxın günlərdə 3 yeni mahnısı ilə dinləyicilərini sevindirəcək. Yaradıcılığındakı yenilikləri haqda Sevda oxucularımızı özəl olaraq məlumatlandırdı :

"İlk olaraq sevənlərimə bəstəkar Pərviz Mahmudovun Aygün İsmayılovanın sözlərinə yazdığı "Yalan" mahnısını təqdim edəcəyəm.

Tərifləmək kimi çıxmasın, bu əsl hitt olacaq. Elvin Musayevin aranjeman etdiyi mahnı demək olar ki, öz həyatımdan bəhs edir. Bit etiraf edim ki, repertuarımda yer alan bəstələr heç də mənim yaşadıqlarımı əks etdirmir.

Ancaq "Yalan" sözlərində özümü görürəm. Yeni mahnılar bununla bütünləşməyəcək.

Yaxın həftələrdə Emin Kəriminin Mc.Muradın, Hakan Erolun isə həyat yoldaşı Leyli xanımın sözlərinə yazdığı iki mahnını da studiyada lentə aldıracağam. Fikrim var ki, hər üç real hit olaraq bəstəyə klip də çəkdirim.

Pərəstişkarlarımın mahnılara yüksək qiymət verəcəyini hiss edirəm. 5 versələr, çox sevinərəm".

Ondan da xəbəriniz olsun ki,  Sevda Yahyayeva Simsar.az-a  geniş müsahibə verib. Çox yaxın günlərdə sevilən müğənninin özəl etiraflarını oxumaq imkanınız olacaq.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!