10 Sentyabr, 2014
ATV əməkdaşları kütləvi olaraq kanalı tərk etdi

Show.az-ın etibarlı mənbədən əldə etdiyi eksklüziv məlumatına görə, ATV əməkdaşları kütləvi olaraq ATV-ni tərk edirlər. Buna səbəb Azad Azərbaycanın əməkdaşı, baş dekorçu Elxan Novruzov, ATV-ni etiraz olaraq tərk etməsidir.

Beləki, Elxana şəxsi avtomobilini, ATV-nin həyətində park etməyə icazə verilmir və iş otağı əlindən alınıb. Elxan Novruzov ATV telekanalında illər ərzində çalışan, əsas əmədaşlardan biridir. Baş dekorçuya qarşı olan münasibətə, öz etirazlarını bildirirərək, on nəfərə yaxın dekorçular qrupu, ATV-i tərk edib.  Həmin insanlar, ATV-nin rəhbərliyinin daha yüksək maaş söz verməsinə baxmayaraq,  ATV-yə qayıtmaq fikirləri olmadıqlarını deyiblər.

Biz Elxan Novruzovla telefon əlaqəsi yaratdıq və o, bütün bu məsəslələri təstiqlədi və dedi:"Bəli mən işdən öz istəyimlə ayrılmışam, belə "hörmət" gördükdən sonra, orda işləməyim düzgün deyil. Mənimlə bərabər 6-7 nəfər əməkdaş da, ATV-dən ayrılıb".

Bizim ATV-yə yenidən qayıdacaqsız, ya yox sualımıza isə, o, belə cavab verdi:

"Bu rəhbərliklə, xeyir qayıtmayacam" .

Qeyd edək ki, Elxan Novruzov uzun illər əzrində, hələ əvvəlki rəhbərlik dövründə, ATV-də işləmiş və bütün əsas dekorasiyaları şirkətdə o, hazırlamışdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!