9 Sentyabr, 2014
İŞİD-dən dünyanı heyrətə gətirən qərar

İraq və Suriyada işğal etdiyi yerlərdə törətdiyi vəhşiliyi ilə bütün dünyanı şoka salan İraq Şam İslam Dövləti adlı terrorçu qruplaşma strategiyasını dəyişib.

Simsar.az-ın məlumatına görə, İŞİD rəhbərliyi törətdiyi qırğınları və baş kəsmə görüntülərininin mətbuata və sosial şəbəkələrə ötürülməsinə məhdudiyyət qoyub. Ancaq nadir hallarda və terror qruplaşmasının rəhbərliyinin verdiyi icazə ilə belə görüntülər yayıla bilər.

Həmin qərarda bildirilir ki, qadağanı pozanlar barədə sərt tədbirlər görüləcək.

Bu arada İŞİD-in sözçüsü Əbu Məhəmməd əl-Adnani "Youtube"-a yerləşdirdiyi səs yazısında qruplaşmaya itaət etməyən və onlara müxalif olan sünniləri kafir adlandırmaqla yanaşı, şiələrin hamısına mürtəd deyib. Onun sözlərinə İŞİD-lə mübarizə aparan hər bir şəxs öldürüləcək.

Qeyd edək ki, İŞİD indiyə kimi törətdiyi vəhşiliklərinin görüntülərini yaymaqla Suriya və İraqda qorxu xofu formalaşdıra bilmişdi. Bu vəhşi taktika İŞİD-in irəliləməsində mühüm faktorlardan biri idi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!