9 Sentyabr, 2014
Gəlini cehizə görə dustaq etdilər

Hindistan polisi Bixar ştatında əri tərəfindən 3 il dustaq edilən gənc qadını azad edib.

Simsar.az-ın məlumatına görə, vəd edilmiş cehiz ödənilmədiyindən ər və onun valideynləri qızı bu tərzdə cəzalandırıblar. Üstəlik də cehizi ödəyə bilməyən gəlin, oğlan deyil, qız doğub.

Evin zirzəmisində həbs edilən gənc ana 3 il müddətində körpəsinin üzünü belə görməyib.

Cehiz tələb etmək hələ 50 il bundan əvvəl qanunsuz elan edilsə də, bu praktika hələ də ölkədə geniş yayılıb. Hindistanda hər il minlərlə qadın cehiz mübahisələrin qurbanı olur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!