9 Sentyabr, 2014
Şumaxer xəstəxanadan çıxdı

Komadan ayılan "Formula 1" çempionu Mixael Şumaxer xəstəxanadan çıxıb.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, həkimləri məşhur pilotun müalicəsinin İsveçrədəki evində davam etdirilməsinə icazə verib.

Qeyd edək ki,  Şumaxer ötən il dekabrın 29-u Fransada dağ xizəyi sürərkən yıxılaraq başı qayaya çırpılmış və komaya düşmüşdü. O, bu ilin iyun ayında komadan ayılıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!