9 Sentyabr, 2014
Paytaxtda dəhşətli qəza - VİDEO

Simsar.az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın mərkəzi küçələrindən birində baş vermiş bu hadisə Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəntmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb.

Kadrlardan görünür ki, «Prado», «VAZ-2104» və «VAZ-21010» markalı avtomobillər qarşı-qarşıya yolu keçirlər. Bu zaman sağdan yüksək sürətlə hərəkət edən iki avtomobildən biri – «Hundai Sonata» markalı avtomobil hər iki «VAZ»ı vuraraq «Prado»ya çırpır. Zərbə o qədər güclü olur ki, «04» və «010» dərhal aşır. «Hundai»də olan sürücü və sərnişin düşüb kənara qaçsalar da, aşan maşınların içərisindəki şəxslərin oradan çıxarılması bir qədər çətin olur. Xoşbəxtlikdən onları ətrafdakı insanların köməyi ilə tez bir zamanda maşınlardan çıxarmaq mümkün olur. Ən maraqlısı isə budur ki, «04»ün sürücüsü yanı üstə aşmış avtomobilin qabaq alın şüşəsindən ayaqüstə çıxır.

Hər halda, bu kadrları diqqətlə izləmək lazımdır. Və izlədikcə də sürət həddinin aşılmasının hansı ağır nəticələrə gətirib çıxardığını görmək və dərk etmək asan olur. Bu kadrlara diqqət etdikdə o da məlum olur ki, qəzanı törədən «Hundai» başqa bir avtomobillə ötüşür və sürəti də məhz həmin maşını ötmək üçün artırır. Bu da ötüşmənin ağır nəticəsi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!