9 Sentyabr, 2014
İsrail və ABŞ-dan yeni RAKET SINAĞI

“Arrow 2” raketinin sınaqları uğurla yekunlaşıb

Simsar.az xəbər verir ki, bu barədə İsrail Raketdən Müdafiə Təşkilatı və ABŞ Raketdən Müdafiə Agentliyi xəbər yayıb. Məlumatda sınağın İsrail raket sınaq sərhədləri çərçivəsində keçirildiyi və əvvəlcədən müəyyən edildiyi kimi nəticə verdiyi qeyd olunub.

Digər tərəfdən, İsrailin 1962-ci ildən ABŞ-dan aldığı hərbi yardımın dəyəri 100 milyard dolları ötüb. Yaxın günlərdə ABŞ Konqresi tərəfindən İsrailin raketdən müdafiə sisteminin yenilənməsi üçün 225 milyon dollar məbləğində kömək etmək barədə qərar qəbul edilib. Barak Obama bu qərarı müsbət qarşılayıb.

 

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!