9 Sentyabr, 2014
Azərbaycanda avtobus piyadanı vurdu - Ölən var

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Simsar.az-ın məlumatına görə, hadisə bu gün  saat 16:30 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Yolu keçmək istəyən piyadanı - Ucar rayonunun Ənvər Məmmədxanlı kənd sakini, 22 yaşlı Yusif Güloğlan oğlu  Qasımovu  “PAZ” markalı avtobus vurub. Ağır bədən xəsarətləri alan Yusif Qasımov Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi və avtobus sürücüsünün şəxsiyyəti hələlik  məlum deyil. Faktla bağlı  Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!