9 Sentyabr, 2014
Reynaldo millidə İtaliya və Xorvatiyaya qarşı oynaya bilər

Futbolçu ilə razılıq əldə olunub

Simsar.az xəbər verir ki, “Qarabağ” klubunun braziliyalı oyunçusu Reynaldo Silvanın Azərbaycan millisinin heyətinə cəlb edilməsi üçün AFFA fəaliyyətə başlayıb. Belə ki, qurumun baş katibi Elxan Məmmədov futbolçu ilə görüşüb və məsələni müzakirə edib. Azərbaycan millisində oynamağa hazır olan Reynaldonun milliləşdirilməsi üçün yaxın günlərdə FİFA-ya müraciət ediləcək. Beynəlxalq futbol təşkilatı bu məsələyə müsbət yanaşsa, 25 yaşlı oyunçunun “Avro-2016”nın seçmə mərhələsində İtaliya və Xorvatiya millilərinə qarşı forma geyinmə ehtimalı var.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!