9 Sentyabr, 2014
Azərbaycan – Latviya: 6:0

Latviyanin Liepaya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Simsar.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, latviyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 6:0 hesabı ilə qələbə qazanıb.

Qolları Emin Zamanov, Mənsur Nəhavəndi, Budaq Nəsirov, Bəhlul Mustafazadə, Vadim Ağarəhimov və Elnur Cəfərov vurub.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!