9 Sentyabr, 2014
Kazanda Beynəlxalq türk dünyası sosial elmlər konqresi keçirildi

Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda XII Beynəlxalq türk dünyası sosial elmlər konqresi keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetindən Simsar.az-a bildirilibr ki, beynəlxalq tədbirdə bu ali məktəbin rektorunun müşaviri Elşən Bağırzadə iştirak edib.

Konqresdə müxtəlif mövzularda məruzələr dinlənilib.

Eyni zamanda, Kazan Federal Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Linar Latypov və İqtisadiyyat və Menecment İnstitutunun direktoru, professor Nailya Baqautdinova ilə keçirilən görüşlərdə əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

 

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!