9 Sentyabr, 2014
"Elmlər Akademiyası" stansiyasının ikinci çıxışı niyə açılmır?- AÇIQLAMA

“Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında ikinci çıxışın 2014-cü ilin sonuna qədər istifadəyə  verilməsi  mümkün deyil”. Bu barədə Simsar.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

“Hazırda ərazidə əlavə tunellər tikilib, eskalator tunellərinin quraşdırılması aparılacaq. Daha sonra çıxışın yerüstü hissəsi tikiləcək. Ona görə də bu stansiyanın ikinci çıxışının istismara verilməsi 2015-ci ilin ilk yarımilinə çəkəcək”.- N.Paşayev deyib.

Qeyd edək ki, “Elmlər akademiya”sından Bakı Dövlət Universitetinə doğru ikinci çıxışın çəkilişinə 2011-ci ilin yayından başlanılıb.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!