9 Sentyabr, 2014
Frankfurt Türk Film Festivalı başladı

Bu il 14-cü dəfə təşkil olunana Frankfurt Türk Film Festivalına start verilib.

Simsar.az xəbər verir ki, Palmengartendə təşkil edilən açılış Qalası ilə başlayan festivala Türkiyənin Frankfurtdakı səfiri Üfüq Əkici və millət vəkili Turqut Yüksel kimi ictimai, siyasi xadimlər, aktrisalardan Pərihan Savaş və Zühal Olcay  qatılıb.

Sentyabrın 13-nə kimi davam edəcək festival çərçivəsində panellər və konsertlər də təşkil ediləcək. Festivalın açılış filmi olan “Bir kiçik sentyabr məsələsi” filminin baş rol ifaçıları Farah Zeynəb Abdullah və Engin Akyürek də açılışda Frankfurt sənətsevərləri ilə görüşüb.

Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!