6 Aprel, 2011
“Fukusima-1”də təhlükə

Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) birinci enerji blokunda su cəmləşib

Simsar.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə AES-in operatoru olan “Tokyo Electric Power Co” şirkəti məlumat yayıb. “Tokyo Electric Power Co” AES-in birinci enerji blokunda su cəmləşməsinin yeni partlayışın mümkünlüyündən danışmağa əsas verdiyini bəyan edib. Partlayışın qarşısını almaq üçün şirkət enerji blokuna azot vurmağı planlaşdırır. Azot radioaktiv qazla partlayıcı qarışıq yaradan oksigeni sıxışdırmaq üçün tətbiq olunacaq. Enerji blokuna qaz vurulmasına bu gün başlanılması gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!