8 Sentyabr, 2014
“Apple” “iPad mini” planşetlərinin qiymətini endirir

“Apple” şirkəti “Best Buy” və “Amazon” ilə “iPad mini” planşetlərinin qiymətlərinin endirilməsinə dair danışıqlar aparır.

Smsar.az Rusiya KİV-inə istinadən xəbər verir ki, hazırda 16 qiqabaytlıq “iPad mini”nin qiyməti “Amazon” saytında 240, “Best Buy” mağazalarında isə 199$ təşkil edir. Bu, qurğunun ilkin qiymətindən 100 ABŞ dolları aşağıdır.

Qeyd edək ki, bu ilin 1-ci və 2-ci rüblərində “Apple” müvafiq olaraq, 16,4 və 13,28 milyon “iPad”in satışına nail olub.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!