7 Sentyabr, 2014
Londonda əlil hərbçilər arasında yarış keçiriləcək

Sentyabrın 10-da Kembric Kral Fondu və Britaniya Müdafiə Nazirliyinin birgə təşbbüsü ilə Londonda xidmət zamanı əlil olanların və veteranların beynəlxalq idman yarışı keçiriləcək.

“Yenilməzlər yarışı” adlanan tədbir hərbi xidmətdə olarkən yaralanmış, müxtəlif bədən xəsarəti almış qətiyyətli qulluqçuların nələrə qadir olduqlarını təcəssüm etdirmək məqsədi ilə keçiriləcək.

Yarış ilk dəfə olaraq dünyanın müxtəlif ölkələrindən hərbiçi kişi və qadınları bir araya gətirəcək.

“Jaguar” və “Land Rover” şirkətlərinin sponsorluğu ilə keçiriləcək yarış sentyabrın 14-dək davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!