6 Aprel, 2011
Bomba həyəcanı

Bakı metrosunda bomba həyəcanı yaşanıb

Simsar Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, naməlum şəxs metronun M.Əzizbəyov stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib. 
Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin metro stansiyasının ərazisində şübhəli əşya aşkar etməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!