6 Sentyabr, 2014
Misirin 13 milyard dollara ehtiyacı var

Misirdə inqilabdan sonra hakimiyyətə gələn Sisi dövlətin külli miqdarda pula ehtiyacı olduğunu dilə gətirib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Misir Dövlət Televiziyasında çıxış edən Prezident bildirib ki, “Elektrik böhranının həlli üçün qarşıdakı 5 il müddətində 12-13 milyard dollara ehtiyac var”.

Mövcud problemin son illərdə elektrik qovşaqlarında və şəbəkələrində təmirin aparılmamasından qaynaqlandığını deyən deyən Sisi hökumətin bu mövzuda xeyli səy göstərdiyini ancaq nəticəyə nail olmadıqlarını dilə gətirib. “Elektrik böhranını həll etmədən investorlar Misirdə işləmək istəmirlər”.

Qeyd edək ki, Misirdə son vaxtlar yaşanan elektrik böhranı gündəlik həyat üçün mənfi təsir göstərir. İnqilabı Rədd və Qanuna Dəstək Üçün Milli İttifaq hərəkatı tərəfindən böhranla əlaqədar olaraq müxtəlif nümayişlər təşkil edilir.

Ülviyyə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!