6 Sentyabr, 2014
Smartfonlarda məlumatlar daha sürətlə ötürüləcək

“Broadcom” şirkəti smartfon və “Wi-Fi” marşrutlayıcısı arasında məlumatların saniyədə 650 meqabit sürətində ötürülməsini təmin edəcək yeni simsiz “BC4358” çipini təqdim edib. Simsar.az xəbər verir ki, Vesti-yə istinadən məlumat verir ki, qurğu hər zaman bu sürəti təmin edə bilmir. Belə ki, yüksək buraxılış qabiliyyəti yalnız uyğun marşrutlayıcı olduğu halda mümkün olacaq.

Hazırda bazarda yüksək buraxılış qabiliyyətinə malik marşrutlayıcılar satılır. Onlardan bəziləri “802.11ac” standartını dəstəkləyir ki, bu da bir giqabit tutumlu “Wi-Fi” şəbəkəsinə qoşulmağa imkan verir. Mobil qurğulardakı mikrosxemlər hələ ki belə sürətə malik deyil, lakin "Broadcom” çipi bu istiqamətdə addım atır.

“BC4358” çipi daha iki xüsusiyyətə malikdir. Birincisi, məlumatları bir neçə axına bölən, məlumat axınının göndərilməsi və qəbulu üçün eyni anda 2 axın və antenanı nəzərdə tutan “2х2 MIMO” (Multiple Input Multiple Output” texnologiyasını dəstəkləməsidir. Bu isə o deməkdir ki, smartfon və ya planşet kompüter marşrutlayıcıdakı iki antenadan eyni anda informasiya ala bilər. Əksər mobil qurğular yalnız bir antenadan istifadə edir ki, bu da onların buraxılış qabiliyyətini məhdudlaşdırır.

“BC4358”-in ikinci xüsusiyyəti məlumatları həm "Wi-Fi”, həm də "Bluetooth” texnologiyaları üzrə ötürməsindədir. Birinci nəsil “Broadcom” çipi belə funksiya ilə təchiz edilməyib.

İstehsalçıların “BC4358” çipini öz məhsullarında artıq bu aydan quraşdırmağa başlayacaqları gözlənilir

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!