6 Sentyabr, 2014
Müdafiə Nazirliyi: "Vətəndaşımızın girovluğu araşdırılır"

Azərbaycan Müdafiə Nazirliyi Cavid Məmmədovun cəbhə xəttində girov götürülməsi faktını araşdırır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında bildirib ki, belə bir fakt var: "Belə bir fakt var, hazırda müvafiq araşdırma aparılır".

Qeyd edək ki, Ermənistan mətbuatı qondarma "Dağlıq Qarabağ Respublikasının" "Müdafiə Nazirliyinin mətbuat xidməti"nə istinadən Cavid Məmmədov adlı Azərbaycan vətəndaşının Verin Çaylı istiqamətində erməni əsgərləri tərəfindən saxlanılması barədə xəbər yayıb.

Ermənistan mətbuatı həmçinin C. Məmmədovun saxlanılması barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verildiyini də qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!