6 Sentyabr, 2014
Qənirə Paşayeva Əlimərdanlı kəndində ziyalılarla görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzun Əlimərdanlı kəndində kənd məktəbini, müəllimləri, müəllim ailələrini ziyarət edib. Millət vəkili gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq, gələn tədris ili bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. Məlumat verilib ki, bu il orta məktəbi bitirən 37 nəfərdən 1-i 658 balla Tibb Universitetinə, 10-u isə yaxşı ballarla ali məktəblərə daxil olublar. Bundan başqa gənclərdən 4 nəfəri texnikumlara daxil olub.

Məktəbin vəziyyəti ilə də maraqlanan millət vəkilinə müəllimlər Əlimərdanlı kəndinin indiki məktəb binasının əsaslı təmirinə millət vəkili kimi dəstək göstərməsini xahiş ediblər. Onlar bildiriblər ki, məktəbin mərkəzi istilik sistemi yoxdur və soyuq aylarda, qış aylarında siniflərin qızdırılması və uşaqlara normal şəraitdə dərs keçmə imkanları çox zəifləyir və məktəbə qısa zamanda istilik sistemi çəkilməsi çox vacib və önəmlidir və bu tədrisin keyfiyyəıtinə də öz müsbət təsirini göstərər. Millət vəkili binanın əsaslı təmirinə böyük zərurət olduğunu bildirərək bununla bağlı Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi müraciət edəcəyini vurğulayıb. Millət vəkili kənddə eyni zamanda bu il tələbə adını qazanmış bir sıra gənclərə öz kitablarını imza ilə hədiyyə də edib.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!