6 Sentyabr, 2014
Paraqvaylı futbolçu Bakıya qayıtdı

“İnter”in hücumçusu Sezar Meza Kolli 6 aylıq fasilədən sonra Bakıya qayıdıb. Simsar.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, martda Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirilən cavab oyununda ağır zədə alan paraqvaylı futbolçu komandasının düşərgəsinə qoşulub.

Uzun müddətdir, zədədən əziyyət çəkən Kolli əvəzedicilərlə yoxlama oyunu zamanı meydanın kənarında fərdi qaydada məşq də edib. Onun adının yaxın günlərdə PFL-ə sifariş olunacağı bildirilir.

Qeyd edək ki, “İnter” əvəzedicilərinə 7:0 hesabı ilə qalib gəlib.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!