6 Sentyabr, 2014
Qaxda yol qəzası: 1ölü

Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Simsar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 16.00 radələrində Qax rayonunun Əmbərçay kəndində Bakı şəhər sakini Rauf Allahverdiyevin idarə etdiyi “Rexton” və Qəbələ rayon sakini Şirvan Şirinovun idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub. Ş. Şirinov hadisə yerində ölüb, sərnişini - Sahib Zeynalov, habelə R. Allahverdiyev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Qax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!