6 Sentyabr, 2014
Bu müəssisələr Açıq Səhmdar Cəmiyyətinə çeviriləcək

“Aztelekom” və "Bakı Telefon Rabitəsi" İstehsalat birlikləri, həmçinin digər stasionar telekommunikasiya infrastrukturu ilə əlaqədar olan bütün müəssisələrin Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi prosesi bu ilin sonuna və ya gələn ilin əvvəlinədək həll olunacaq.

Simsar.az xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, hazırda stasionar telekommunikasiya infrastrukturu ilə əlaqədar olan bütün idarələrdə müzakirələr aparılır. Yaxın vaxtlarda auditin keçirilməsi üçün konsaltinq şirkətinin cəlb edilməsi planlaşdırılır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!