5 Sentyabr, 2014
Hər 40 saniyədə bir insan intihar edir!

Dünya Səhiyyə Təşkilatı, dünyada hər 40 saniyədə bir insanın intihar etdiyini açıqlayıb.

Simsar.az xəbər verir ki, son 10 ildə dünyanın dörd bir tərəfindəki intihar hadisələrini araşdıran DST-nın hazırladığı ilk qlobal intiharın qarşısını alma hesabatına görə hər il  800-dən çox insan intihar edir. İntiharların təxminən aşağı səviyyədə gəliri olan ölkələrdə yaşandığı bildirilib. Ən çox  intihar hadisələri 70 yaşdan yuxarı insanlar arasında qeydə alınıb. 15-29 arası yaş qruplarında isə ikinci ən əhəmiyyətli ölüm səbəbinə çüvirilib. İntihar xüsusilə 50 yaşdan yuxarı kişilər arasında daha çox yayılıb. Gəlir səviyyəsi yüksək ölkələrdə kişilər arsındakı intiharlar, qadınlara nisbətən üç qat artıqdır.

Zəhər içmək, atəşli silahla özünə qəsd etmək və asmaq, ən geniş yayılan intihar üsullarıdır.  Avstraliya, Yeni Zellandiya, Kanada, Yaponiya, Avropa Birliyinə üzv olan ölkələr və AB-da aparılan araşdırmalar, atəşli silahların və zəhərli maddələrin çıxışının məhdudiyyətləşdirilməsi intihar hadisələrinin qarşısının qismən azaldığını göstərib.

SST-nın müdürü Margaret Çan: “İntihar çox uzun müddətdir tabu qəbul edilən bir səhhət problemidir. Bu problemin həlli üçün bütün ölkələrə aksiya keçirmələri çağırışını edirik” – deyib. 2020- ci ilə qədər intihar hadisələrinin sayını azaltmağı qarşısına məqsəd qoyan DS, halhazırda sadəcə 28 ölkənin milli intiharın qarşısının alınma strategiyasında olduğuna işarə edib.

DST ağıl xəstəlikləri üçün istifadə edilən kütləvi hərəkatların tibii yardım almasına əngəl olduğuna və ntihar hadisələrinin artırdığına diqqət çəkərək, kütləvi maarifləndirmə kampaniyalarının əhəmiyyətini vurğulayıb.

Təşkilat ötən ay həyatına son verən məşhur aktyor Robun Uilyamsın ölümündə olduğu kimi intiharla bağlı detalların mediada yer verilməməsinin vacibliyini vurğulayıb. Bu hesabat Dünya İntiharın Qarşısının Alınması Günü olaraq qeyd edilən 10 sentyabrda yayımlanacaq.

Günel

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!