5 Sentyabr, 2014
Fransanın hökumət sarayının sirləri rekord qırır

Simsar.az xəbər verir ki, Fransa prezidenti Fransua Ollandın 7 ay əvvəl qalmaqallı şəkildə ayrıldığı həyat yoldaşı Valeriya Trayvaylerin qələmə aldığı kitab satış rekordu qırır.

Hələ yayımlanmadan ictimaiyətdə böyük müzakirə mövzusu olan kitab, ən çox satılan kitablar siyahısında ilk yerə sahibdir. Ölkənin ən əhəmiyyətli kitab evi zənciri Fnac dünən satışa çıxan kitabın satışının günorta saatlarında 15000-ə çatdığını bildirib.

Dünyca məşhur kitab paylaşım şirkəti “Amazon”un Fransa şöbəsi isə kitabın iternətdə ən çox tələb edilən kitablardan olduğunu açıqlayıb. 49 yaşlı Trayvayler, kitabında Ollandın mənfiobrazını tərvir edərkən, prezidenti hissiyyatsız kimi qələmə verib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!