5 Sentyabr, 2014
Toronto Film Festivalına start verildi

Oskarın xəbərçisi, kino dünyasının ən nüfuzlu təşkilatlarından olan Toronto Beynəlxalq Film Festivalına start verilib.

Simsar.az xəbər verir ki, bu il 39- cu dəfə təşkil olunan festivalın açılışı, rejissorluğunu Devid Dobkinin etdiyi və baş rollarını Robert Duval və Robert Douneyin oynadığı “Hakim” filminin nümayişi ilə olub. Qalada festival sahəsini bir neçə saat əvvəl dolduran minlərlə insan qırmızı xalı üzərində yeriyən Robert Douney, Robert Duval, Vera Farmiga və digər məşhur ulduzlara sevgilərini göstəriblər. Pərəstişkarlarının təriflərinə qarşılıq verən məşhurlar, onlarla şəkil çəkdiriblər.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!