6 Aprel, 2011
“Xəzər Lənkəran”ın hesaba alınmayan qolu - VİDEO

Hakim Ramil Diniyev niyə belə edib?

“Xəzər Lənkəran” klubu futbol üzrə Unibank Premyer Liqasının XXV turu çərçivəsində “Bakı” ilə səfər matçında vurduğu qolun qeydə alınmamasının səbəbini müəyyənləşdirə bilməyib. 

Simsar.az-ın məlumatına görə, ikinci hissənin əvvəlində baş verən epizodda baş hakim Ramil Diniyev başla tora göndərdiyi topu saymayıb. 

Onun mübahisəli qərarı “Xəzər Lənkəran” düşərgəsində anlaşılmazlıqla qarşılanıb. Həmin epizodu rəsmi saytında yerləşdirən klub bu qərarın səhv, yoxsa düzgün olduğunu iddia etməyərək video görüntüləri oxucuların mühakiməsinə təqdim edib.

Biz də bu məsələyə dair qərarı müvafiq qurumların verəcəyini bildiririk və həmin görüntünü şərhsiz təqdim edirik.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!