5 Sentyabr, 2014
Qəzzaya qarşı görünməmiş vəhşilik

İsrail Qəzza zolağında ətraf mühit və ekologiyanı məhv etmək üçün təhlükəli silahlardan istifadə edib.

Simsar.az xəbər verir ki, bu barədə Fələstinin ekologiya və təbii sərvətlər nazirliyinin sözcüsü Xalid Əbu-Qali deyib. Onun sözlərinə görə, İsrail Qəzza zolağında bitkilər, heyvanlar, su və əkin sahələrini çirkləndirmək üçün belə addım atıb.

“Qəzza zolağındakı əkin sahələri təhlükəli maddələrlə çirklənib. Ona görə də bu sahələr istifadə edilməmişdən təmizlənməlidir. İsrail həmçinin Qəzzada bir neçə sutəmizləmə mərkəzini də dağıdıb və bu mərkəzlərin fəaliyyəti dayandırılıb. Bu təhlükəli maddələr yeraltı su mənbələrinə belə keçib. Aralıq dənizinə axan bu su fələstinlilərdən savayı su heyvanlarının həyatını da təhlükə altına qoyur”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!