5 Sentyabr, 2014
Portuqaliya millisinin kapitanı Azərbaycana qarşı oynamayacaq

Serjio Oliveyra baş məşqçi tərəfindən milliyə çağrılmayıb

Simsar.az xəbər verir ki, 21 yaşadək futbolçuların Avropa Çempionatının seçmə mərhələsində Azərbaycanı qəbul edəcək Portuqaliya millisinin kapitanı komandaya dəvət olunmayıb. F qrupunun son turu çərçivəsində baş tutacaq görüşdə final mərhələsinə vəsiqəni təmin etmiş Pireney təmsilçisinin çalışdırıcısı bu oyunda daha çox yeni futbolçuları sınamağa qərar verib. Buna görə, kapitan Serjio Oliveyra ilə yanaşı, bir neçə aparıcı futbolçu da milliyə dəvət edilməyib.

Qeyd edək ki, Portuqaliya və Azərbaycan arasında oyun sentyabrın 9-u Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!