5 Sentyabr, 2014
Moldova baş nazirinin müavini Bakıya gəlir

Moldova Respublikasının baş nazirinin müavini, xarici işlər və Avropa İnteqrasiyası naziri xanım Natalia Herman Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

XİN-dən Simsar.az-a verilən məlumata görə, 7-9 sentyabr gerçəkləşəcək səfər çərçivəsində Natalia Qermanın Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcəklər.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!