5 Sentyabr, 2014
CHP-li deputat Davudoğlunu güldürdü

Əhməd Davudoğlunun qurduğu “62-ci hökumət” proqramının danışıqları zamanı Türkiyə Milli Məclisində söz alan CHP qrup sədri Akif Həmzə Çebinin çıxışı baş nazir Əhməd Davudoğlunu güldürüb.

Simsar.az xəbər verir ki, CHP qrupunun sədr müavini Xurşid Günəşin çıxışının ardından söz alan CHP qrup sədri Akif Həmzə Çebi  AKP qrup sədrinin vəkili Naci Bostançını tənqid edib.

Tənqid etdiyi zaman Bostançıya deyib: "Mən sizə Cənab Davudoğlunun qurultay çıxışını oxumağınızı məsləhət bilirəm, bəlkə bir az oradan feyz al bildiniz".

CHP-li deputatın bu davranışı “62-ci hökumət” proqramını izləyən baş Nazir Əhməd Davudoğlunu güldürüb.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!