6 Aprel, 2011
İbrahim Tatlısəs Almaniyaya aparılıb

Səhiyyə Nazirliyinin ambulans təyyarəsi ilə Almaniyaya göndərilib

Martın 14-nə keçən gecə İstanbulda məruz qaldığı sui-qəsd nəticəsində başında güllə yarası alan məşhur sənətçi İbrahim Tatlısəs müalicə üçün Almaniyaya aparılıb.

Simsar.az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, İ. Tatlısəs aprelin 6-da səhər tezdən İstanbuldakı Acıbadəm Xəstəxanasından çıxarılaraq Səhiyyə Nazirliyinin ambulans təyyarəsi ilə Almaniyaya göndərilib. Sol tərəfi iflic olan müğənni Hamburq şəhərindəki tibb mərkəzində fizioterapiya və reabilitasiya kursu keçəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!