4 Sentyabr, 2014
Atasını itirən azərbaycanlı müğənni özündə güc tapmağa çalışır

Simsar.az xəbər verir ki, Lider TV - də yayımlanmış "Lift realiti-şou"sunda maraqlı iştirakçı kimi geniş tamaşaçı rəğbəti qazanan müğənni Elşad Şükürov acılı günlərini yavaş-yavaş geridə qoyur.

Ötən ay atasını itirən Elşad bu dərdini çoxlarından gizlətdi.

O, şəxsi həyatı ilə gündəmə gəlməyi sevməsə də  ailəsində baş verən hüzn barəsində oxucularımızı belə məlumatlandırdı:

"Atam Firdovsi sağlığında Rusiyada yaşayırdı.

Onun ölümü çox qəfil oldu. Səhhətindən qətiyyən şikayətlənmirdi.

Ölümünə qədər mütəmadi olaraq telefonla danışırdıq. Bakıya gələndə də dedi ki, bizimlə görüşəcəyi üçün özünü çox xoşbəxt hiss edir.

Ancaq bu sevinci uzun sürmədi. Ata itkisinin nə olduğunu sözlərlə ifadə etmək həddindən artıq çətindir.

Dərdimi danışıb oxucularınıza neqativ ötürmək istəmirəm.

Sağ olsun qohumlarımız,  yaxın dostlar dəstək olub, məni depressiyadan xilas etdilər.

Ancaq atasızlığımla barışmaq elə də asan deyil. O, ailəmizin dayağı, mənim qürur mənbəyim idi.

Barəsində keçmiş zamanda danışdığıma özüm də inana bilmirəm.  Allah cəmi ölən valideynlərə rəhmət, qalanlara can sağlığı qismət eləsin.

Eləcə də atam Firdovsinin də günahlarını bağışlayıb ruhunu şad eləsin".

Elşad yeganə təsəllisini studiyada lentə aldırdığı bəstələrdə tapır.

Oxumaqla özünü ovutmağa çalışan müğənni yaxın günlərdə bir neçə mahnısını dinləyicilərə təqdim edəcək.

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!