4 Sentyabr, 2014
İŞİD-in sərhədləri Hindistandan İspaniyaya qədər olacaq

Almaniya Xarici İşlər naziri Frank-Walter Steinmeier, İŞİD-lə bağlı yeni iddia edib. Nazir İŞİD-in növbəti hədəfinin İordaniya və Səudiyyə Ərəbistanı olduğunu deyib.

İraqdakı İŞİD təhlükəsini aradan qaldırmaq üçün Peşmərgə güclərinə silah verməyə qərar verən Almaniya, İŞİD-in sərhədlərinin genişlənəcəyi iddia edib.

Xarici İşlər Naziri Hamburqda verdiyi açıqlamada, İŞİD-in hücumlarının İraq və Suriyadan qonşu ölkəlrə də keçəcəyini bildirib. İŞİD-in ideolojik gücünün olduğuna diqqət çəkən nazir, militanların növbəti hədəfinin İordaniya və Səudiyyə Ərəbistanı oluğunu deyib.

Almaniyanın Der Spiegel jurnalında yer alan xəbərə görə, Pakistanda taliban üzvü minlərlə gənc İŞİD-ə qatılmağa can atır.

Xəbərdə, İŞİD-in quracağı islam Dövlətinin sərhədlərinin Pakistandan İsrailə deyil, Hindistandan İspaniyaya qədər olan bir bölgəni əhatə edəcəyi iddi edilib.

Qeyd edək ki, Amaniyanın bu bu gündən Peşmərgəyə silah göndərməyə başlayır. Anti tank roketləri “Milan”-ı işlətmək üçün isə, Peşmərgəyə Almaniyada təlim keçiləcək.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!