4 Sentyabr, 2014
Bu qol Ginnesin rekordlar kitabına düşüb - VİDEO

"Stok Siti" klubunun qapıçısı Asmir Beqoviç ötən ilin noyabr ayında "Sauthempton"la Premyer Liqa görüşündə vurduğu qolla Ginnesin rekordlar kitabına düşüb.

Simsar.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bosniyalı qolkiperin 91,9 metrdən fərqləndiyi qol dünyanın ən uzaq məsafədən vurulan qolu kimi tarixə düşüb.

Bununla bağlı klubun rəsmi saytına danışan Beqoviç belə deyib: Belə bir rekord müəyyənləşdirdiyim üçün qürur duyuram. Ancaq həmin vaxt topa zərbə endirərkən qol olacağı haqda düşünməmişdim".


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!